2023 Nissan Patrol

STANDARTLARA MEYDAN OXU

YENİ PATROL

Yeni Patrol ən çətin şəraitdə belə keyfiyyətli nəticələrə dəyər verən qum təpələri həvəskarları üçün istənilən ərazinin öhdəsindən gəlmək üçün yaradılıb. Nissan Intelligent Mobility sayəsində bu avtomobil öz sinfində ən ağıllı avtomobildir.

Nissan Patrol exterior

GƏLƏCƏYƏ GEDƏN YOLU İŞIQLANDIRIR

DAİMA CƏSARƏTLİ OL

Cəsarətli görünüşə malik yeni radiator qəfəsi avtomobilin xarakterini vurğulayır. Ənənəvi üsluba malik xromlu dizayn vizual olaraq avtomobilin genişliyini vurğulayır. İncə, lakin bir o qədər də funksional radiator qəfəsi ümumi təəssüratı daha da təsirli edir. V-Motion qəfəsi də parıldayan mat xrom işlənməsinə malikdir.

HƏRTƏRƏFLİ CƏSARƏT

XARİCİ GÖRÜNÜŞÜ

Cəsarət dolu yeni Patrolun təsir bağışlayan xarici görünüşü sizi ilk baxışdan heyran edəcək. Yeni radiator qəfəsi bu əzəmətli avtomobilin genişliyini daha da artırır. Avtomobilin ətrafına dolanaraq, qanadlardakı yeni yan havalandırma yerlərinə baxa bilərsiniz. Yeni 20-düymluq yüngül lehimli disklər avtomobilin premium işlənməsini vurğulayır. Avtomobilin gücünə və dayanıqlığına işarə edən sonuncu elementi görmək istəyirsiniz? Kapotun üstündəki qabarıq hissə deyilənləri ən mükəmməl şəkildə ifadə edir.

1/2 GƏLƏCƏYƏ GEDƏN YOLU İŞIQLANDIRIR

Təkrarolunmaz Patrol Organic C-Signature işıqları ilə istənilən macərada yola işıq saç. Fərqli xarici görünüşü və parlaq işıqlandırması sayəsində, rombşəkilli LED faralar Nissan Patrol-un dəbdəbəsini daha da artırır.

Nissan Patrol LED

1/2 ARXA HİSSƏNİN DİNAMİK DİZAYNI

Patrol-un əfsanəvi adının qürurla qeyd olunduğu başdan-başa xrom zolaqlı sadə dinamik dizaynı avtomobilin arxasının əsas elementi hesab olunur. Modellənmiş şax duruşlu xarici görünüş ənənəvi NISMO dizayn evindən ilham almış aerodinamik künclü arxa bamperlərin gözəlliyini vurğulayır.

Nissan Patrol rear side

1/2 BAŞ GİCƏLLƏNDİRİCİ DİSKLƏR

Dəzgahda işlənmiş 20-düymluq yüngül lehimli disklər Patrola profildən baxarkən premium sinif görünüşü verir.

Nissan Patrol Wheels
Nissan Patrol interior

SALON

İSTƏNİLƏN SƏYAHƏTƏ YARARLI DƏBDƏBƏLİ VƏ İNCƏ DİZAYN

Patrol-un hər bir detalı, hər bir qarışı rahatlıq vermək üçün yaradılıb. Tamamilə yeni tünd qırmızı rəngli salon elementləri Patrol-un irsini mədh edir. Xırdalıqlarına qədər diqqətlə işlənmiş salon elementləri hər bir sərnişin üçün sözün əsl mənasında birinci sinif rahatlığı bəxş edir.

SİNFİNİN ƏN GENİŞ AVTOMOBİLİ

SALONUN XÜSUSİYYƏTLƏRİ

Rombşəkilli tikişə malik dəri oturacaqlarında özünüzü rahat hiss edin. Barmaqlarınızın ucu ilə toxuna biləcəyiniz taxta şpon işlənməsi atmosferi daha da çox vurğulayır. Yeni Patrol sizin təyin etdiyiniz tənzimləmələri heç vaxt unudan deyil. Buna görə, sürücü oturacağı həmişə istəyinizə uyğun tənzimlənmiş vəziyyətdə olacaq.

1/2 DƏBDƏBƏ İÇİNDƏ YAŞA

Səyahətinizə xüsusi həzz qatın. Yeni Patrol-un premium salonu incə, hər kəsə açıq, gülərüz və sakit atmosfer yaradır. Geniş, rahat tərtibat sayəsində istənilən oturacaqdan ətrafı rahatlıqla seyr etmək mümkündür.

Nissan Patrol interior seats

1/2 PLANLARINIZIN SIĞA BİLƏCƏYİ QƏDƏR YER TƏMİN EDƏN OTURACAQLAR

Elektrik intiqallı üçüncü sıra oturacaqları sizə, elektrik intiqalla təchiz olunmuş, tək bir düyməyə toxunmaqla aktivləşən qatlanan oturacaqların köməyi ilə, yük yerinizdəki sahəni, ehtiyaclarınıza uyğun şəkildə tənzimləmək imkanı verir. Salonda quraşdırılmış yeni ağ rəngli işıqlar ümumi olaraq içərini daha yaxşı görməyə imkan verir və salonu vizual olaraq genişləndirir.

Patrol Interior seating

1/2 HƏR KƏS ÜÇÜN SƏRİNLİK

Patrol-un quraşdırılmış mini- soyuducusu sayəsində səyahətləriniz daha da rahat olacaq. İki şarnirli tərtibatı sayəsində, həm birinci, həm də ikinci sırada oturan sərnişinlər öz sinfində ən böyük sahəyə keçid əldə etmək imkanında olur.

Nissan Patrol cooler box

1/2 ROMBŞƏKİLLİ TİKİŞƏ MALİK DƏRİ OTURACAQLAR

Hər şeyin xırdalıqlara qədər nəzərə alındığı bu cəlbedici salon xoş təsir bağışlamaya bilməz. Rombşəkilli tikişə malik dəri oturacaqlarında özünüzü rahat hiss edin. Bəzi komplektasiyalarda tünd qırmızı işlənmə də mövcuddur.

Patrol
Nissan Dashboard

DAİMA ƏLAQƏDƏ OLUN

TEXNOLOGİYA

Yeni Patrol, intuitiv Naviqasiya sistemi və təkmilləşdirilmiş Səstanıma funksiyası sayəsində, bütün səyahət boyu əlaqədə olmağa imkan verir. Sürücülər mərkəzi konsolda yerləşdirilmiş simsiz enerjidoldurma cihazından da istifadə edə bilərlər. Arxa oturacaqlardakı sərnişinlər isə, USB portlar vasitəsilə cihazlarını enerji ilə təmin edə bilərlər.

DAİMA ƏLAQƏDƏ OLUN

TEXNOLOJİ İMKANLAR

1/2 SİMSİZ APPLE CARPLAY VƏ ANDROID AUTO TEXNOLOGİYALARI

İndi siz, informasiyanı və əyləncəni bir araya gətirərək, hər şeyi tək ekrandan idarə edə bilərsiniz. Sizə lazım olan bütün məlumatları, məsələn, tənzimləmələri, xəritələri, musiqini və telefon kitabçasını, hər şeyin ikonlarla əks etdirildiyi menyu vasitəsilə əldə edə bilərsiniz. Bütün bu məlumatlar böyük 12.3-düymluq yüksək icazəli monitorda əks olunur. Yeni Simsiz Apple CarPlay və Android Auto* sistemlərinin köməyi ilə istənilən səyahətinizi musiqi siyahınızla daha rəngarəng edin. *Müvafiq ölkənin hökuməti ilə bağlanan Apple/Google lisenziya razılaşmasının şərtlərinə uyğun olaraq.

Apple CarPlay in Nissan Patrol

1/2 PREMİUM BORT İNFORMASİYA- ƏYLƏNCƏ SİSTEMİ

Səyahətləriniz heç vaxt bir-birinə bənzəməyəcək. İndi, böyük 10.1-düymluq monitorlar və şəxsi qulaqcıqlarla** Arxa oturacaq əyləncə sistemi təkmilləşdirilmiş şəkildə təqdim olunur. Tək və ikili ekran funksiyası ilə siz ümumi olaraq hər kəsin ortaq və ya ayrı-ayrı şəxslərin maraqlarını qarşılaya biləcəksiniz. Bütün bunlar səyahətinizin daha yaxşı keçməsi üçün nəzərdə tutulub. **Locally fitted aksessuarlar.

Nissan Patrol

1/2 7-DÜYMLUQ SÜRÜCÜYƏ DƏSTƏK MONİTORU

7-düymluq təkmilləşdirilmiş sürücüyə dəstək monitoru bütün ehtiyaclarınızı daha yaxşı qarşılayır. Tamamilə fərdi şəkildə tənzimlənə bilən monitor sizə real vaxt rejimli naviqasiyadan və audiodan tutmuş, səyahətlə və yanacağa qənaətlə bağlı məlumatlara qədər istənilən məlumatı göstərə bilir.

Patrol Driver Assist Display

1/2 BOSE PREMİUM SƏS SİSTEMİ

13 ədəd ideal şəkildə yerləşdirilmiş Bose səsgücləndiriciləri bütün sərnişinlər üçün premium audio sistemdən istifadə etmək imkanı verir. Təkmilləşdirilmiş səsboğma funksiyası sürücülərə özlərini yeni Patrol-un içində daha sakit hiss etmələrinə imkan verir.

Bose speaker
Nissan Patrol

AVTOMOBİLİ TAM ƏMİNLİKLƏ İDARƏ ET

NISSAN INTELLIGENT MOBILITY

Nissan Intelligent Mobility ilə siz bir addım irəlidəsiniz. Yeni Patrol sizə daha yaxşı görməyə və daha çox hiss etməyə, baş verənlərə sizinlə birlikdə, bəzən isə, sizin əvəzinizə reaksiya verməyə kömək edən, sizi sanki tamamlayan bir avtomobildir. Nissan Intelligent Mobility bizi daha təhlükəsiz, daha sabit və daha həyəcanlı aləmə aparan daha yaxşı gələcək deməkdir.

Nissan Patrol with V8 engine

ƏFSANƏVİ V8

400 at gücü və 560 Nm fırlama momenti ilə bu mühərrik diqqətə layiqdir. Birbaşa püskürtmə (DIG) və Dəyişən qazpaylama və klapan addımı (VVEL) texnologiyaları istənilən vəziyyətdə asanlığı təmin edir. Daha ağıllı idarəetməyə üstünlük verirsinizsə, idarəetmə zamanı enerjiyə nəzarəti gücləndirmək və yanacağa qənaət etmək üçün Eco rejimə keçin.

Nissan Patrol performance V6

V6-NIN İMKANLARINDAN İSTİFADƏ ET

275 at gücü və 394 Nm fırlama momenti ilə, Patrol V6 mühərriki idarəetmə diapazonunda, rəqiblərlə müqayisədə, 12% daha çox fırlama momenti təklif edir. Gücün, səmərəliliyin və effektivliyin necə artdığını və, eyni zamanda, rahatlıqla istənilən macəraya necə hazır olacağınızı görəcəksiniz.

BƏNZƏRSİZ GÜC

İSTİSMAR GÖSTƏRİCİLƏRİ

Yolsuzluqlar, müxtəlif çətin landşaftların öhdəsindən gələrək, fəth olunur. Qabaqcıl texnologiyaları, düşünülmüş dizaynı və inanılmaz uzaqgörənlik sayəsində, Patrol istənilən ərazinin öhdəsindən gələ biləcək şəkildə təchiz olunub.

1/2 DƏYİŞƏ BİLƏN 4X4 REJİMİ

Sadəcə macəraya uyğunlaşma, qoy, macəra sənə uyğunlaşsın. Kateqoriyaları müəyyən edə bilən Dəyişən 4x4 rejimi, xüsusi güc tətbiq etmədən, idarəetmə rejimlərini dəyişməyə imkan verir, bununla da Patrol-a istənilən şəraitdə və ən tələbkar ərazilərdə inanılmaz imkanla bəxş edir. Qum: İncə və asan şəkildə səhralara qalib gəlin. Adi şərait: İstənilən vaxt şəhərdə idarəetmədən həzz alın. Qayalı ərazi: İstənilən ərazinin öhdəsindən gəlin və istənilən təpəni fəth edin. Macəralar sizi gözləyir. Qar: Bir daha qarın altında qalmayın.

VARIABLE 4X4 MODE

1/2 7 PİLLƏLİ AVTOMAT SÜRƏTLƏR QUTUSU

Nissan Patrol “stretch” yaxın ötürmə nisbətlərinə malik olan 7 pilləli avtomat sürətlər qutusu ilə təchiz olunub. Bu texnologiya sayəsində, Nissan Patrol əvvəlkindən daha sürətli və daha effektiv fırlama momentini təmin edir. Həmçinin, 5 sürətli avtomat sürətlər qutusu mövcuddur.

7-SPEED AUTOMATIC TRANSMISSION

1/2 BAN SABİTLƏŞDİRMƏ SİSTEMİ

Ban sabitləşdirmə sistemi yolsuzluqda idarəetmə zamanı asqının addımını maksimuma çatdırır və əyilmə bucağına çatmağa imkan vermir, bununla da döngələrdə balans gücünü artırır və rahat idarəetməni təmin edir. Bu sistem sayəsində, Patrol kələ-kötürlü və qumlu ərazidə mükəmməl dayanıqlıq əldə edir, eyni zamanda şəhər küçələrində rahat idarəetməni təmin edir.

HYDRAULIC BODY MOTION CONTROL

1/2 ARXA DİFERENSİALIN BLOK EDİLMƏSİ

Macəra sizi qumlu ərazilərə aparıb çıxara bilər, lakin fırlama momentini bərabər şəkildə arxa təkərlərə paylayaraq, siz onları qumdan çıxara bilərsiniz.

LOCKING REAR DIFFERENTIAL

1/2 MƏHDUD SÜRÜŞMƏ DİFERENSİALI

Təkərlər bir yerdə fırlandıqda və ya sürüşdükdə, Spiralşəkilli Məhdud sürüşmə diferensialı (LSD) və Arxa diferensialın blok edilməsi sürücüyə hətta sürüşkən yamac və yollarda belə hərəkət sürətini qoruyub saxlamağa imkan verir. Aktiv məhdud sürüşmə əyləci (ABLS) gücün sürüşən təkərdən ilişməsi daha yüksək olan təkərə ötürülməsi üçün antiblok əyləc sisteminin sensorlarını istifadə edir.

LIMITED SLIP DIFFERENTIAL