KICKS

SİZİN HƏYAT TƏRZİNİZ ÜÇÜN YARADILIB

KICKS

Dəqiq idarəetmə və qabaqcıl sürücüyə yardım xüsusiyyətləri ilə şəhərdə sürüşdən zövq alın. Tərzin və Texnologiya KICKS-də birləşir.

Nissan Kicks Exterior

NISSAN EMOTIONAL GEOMETRY KONSEPSİYASI ƏSASINDA HAZIRLANIB

Kicks-in bənzərsiz xüsusiyyətləri dərhal öz xətləri ilə diqqət çəkir. Cəsarətli, idman üslublu və incə. Prinsiplərini tam həcmdə bəyan edir.

XARİCİ GÖRÜNÜŞÜ

1/2 İKİLİ V-MOTION RADİATOR QƏFƏSİ

Yolda diqqət çəkən iti formaları ilə böyük, həyəcanlandırıcı və cəlbedici xromlu radiator qəfəsi Kicks-in fərdiliyini vurğulayır.

Nissan Kicks DOUBLE V-MOTION FRONT GRILLE

1/2 LED FARALAR

Faraların yeni dizaynı radiator qəfəsi ilə, bir bütöv formalaşdıraraq, birləşir və xalis hərəkət enerjisi ilə dol qabaq hissəni formalaşdırır. LED faraların gücü gecə idarəetmə zamanı sizə təkmilləşdirilmiş və uzun məsafəli işıqlandırma təqdim edir.

Nissan kicks headlights

1/2 ARXA HİSSƏNİN DİZAYNI

Kicks burada da bənzərsiz imzasının atmaqdadır. Kikcs-in arxa hissəsinin yeni dizaynı təsir bağışlayıcı, dinamik və yadda qalandır.

Nissan Kicks new rear

1/2 17-DÜYMLUQ YÜNGÜL LEHİMLİ ALÜMİNİUM DİSKLƏR

Kicks hər addımda özünü üslubu ilə ifadə edir. İstər hərəkətdə olsun, istər dayanmış vəziyyətdə.

Nissan Kicks wheels
Nissan Kicks interior

HƏR DETALINDA FƏLSƏFƏ VAR

SALONUN XÜSUSİYYƏTLƏRİ

1/2 SÜKAN ÇARXINDAN ƏMRLƏRİN VERİLMƏSİ

Bütün salonu, əllərinizi sükandan götürmədən, idarə edin.

Nissan Kicks

1/2 AVTOMATİK KLİMAT-KONTROL

Mövcud avtomatik Klimat- kontrol sizin üçün ideal temperaturu daxil etməyə imkan verir və bu temperaturu qoruyub saxlamağa kömək edir.

Nissan Kicks automatic climate control

1/2 SIFIR CAZİBƏ QÜVVƏLİ OTURACAQLAR

Sıfır cazibəli qabaq oturacaqlar ultramüasir texnologiyadan ilham alıb. Bu oturacaqlar yorğunluğu azaltmağa kömək edərək, Kicks-lə uzun məsafələr qət etməyə imkan verəcək.

Nissan Kicks

1/2 60/40 QATLANAN ARXA OTURACAQLAR

Kicks-in 60/40 qatlanan 2-ci sıra oturacaqları və 57 düym təşkil edən maksimal uzunluğu oturacaqların istəyinizə uyğun tənzimlənməsini təmin edir.

Nissan Kicks folding seats

1/2 IKEY® İŞƏSALMA DÜYMƏSİ

IKey® ağıllı açarla Kicks-i işə salmaq çox asandır. Sadəcə ayağınızı əyləcin üzərinə qoyun və işəsalma düyməsinə basın.

Nissan Kicks IKEY
Nissan Kicks connectivity

SİZİN ÜÇÜN ƏHƏMİYYƏTLİ OLANLARLA DAİMA ƏLAQƏDƏ OLUN

AUDİO VƏ QOŞULMA

1/2 APPLE CARPLAY®*

Kimi isə görmək istəyirsiniz? Hara isə getmək istəyirsiniz? Siri®-yə müraciət edin. Siri® ilə təchiz olunmuş Apple CarPlay® telefon kitabçanızı, ən çox istifadə etdiyiniz messencer tətbiqinizi, Apple Music® siyahınızı, Apple Maps xəritələrinizi və s. Kicks-in ekranına çıxarır. Sadəcə müvafiq iPhone®-u qoşun və sistemin imkanlarından yararlanın.

Nissan Kicks Apple carplay

1/2 ANDROID AUTO™*

Android Auto-nun köməyi ilə siz gözünüzü yoldan, əllərinizi də sükandan ayırmadan, müəyyən tapşırıqları səslə yerinə yetirə bilərsiniz. Səsinizin köməyi ilə sevdiyiniz musiqiyə qulaq asmaq, evə gedən yolu göstərmək və ya mətn ismarışlarına cavab vermək üçün Google-a müraciət edin. Sadəcə ”Hey Google” söyləyin və ya sükan çarxındakı səsli idarəetmə düyməsini basıb saxlayın.

Nissan Kicks Android Auto

1/2 ƏSAS MƏLUMATLAR GÖZLƏRİNİZİN ÖNÜNDƏ

Yeni rəqəmsal informasiya monitorunun köməyi ilə idarəetmənin hər detalını istəyinizə uyğun tənzimləyin. Zəng edən nömrənin göstərilməsindən tutmuş, təhlükəsizliklə bağlı xəbərdarlıqlara qədər bütün məlumatlar lazım olan anda aydın tam rəngli monitorda gözünüzün önündə olacaq.

Nissan Kicks
Nissan Kicks Boss audio

BOSE PREMİUM AUDİO SİSTEMİ

Birbaşa sürücü oturacağının başaltısına quraşdırılmış Bose UltraNearfield™ səsgücləndiriciləri sayəsində, hər səyahətinizdə şəxsən sizin üçün təşkil olunan konsertdən həzz alın.

Nissan Kicks Intelligent mobility

NISSAN INTELLIGENT MOBILITY KICKS-İN ƏSASINI TƏŞKİL EDİR

Yarı müstəqil sürücüyə dəstək sistemləri sizi maksimum rahatlıqla təmin edir və siz, heç bir çətinlik çəkmədən, bütün avtomobili idarə edə bilirsiniz.

360° MÜDAFİƏNİ TƏMİN EDƏ AKTİV TƏHLÜKƏSİZLİK SİSTEMİ

360° Aktiv təhlükəsizlik sistemi yarı müstəqil sürücüyə dəstək sistemlərinin köməyi ilə imkanlarınızı maksimuma çatdıran bir sıra texnologiyadan ibarətdir. İdarəetməni yeni səviyyəyə çıxarmaq vaxtıdır.

1/2 AĞILLI MÜMKÜN TOQQUŞMA BARƏDƏ XƏBƏRDARLIQ SİSTEMİ

KIKCS qabaqda gedən iki avtomobili müşahidə edə bilir, siz qabaqda heç nə görə bilməsəniz belə. Qabağınızda sürətin qəfil azaldığını müəyyən etdikdə, bu sistem dayanmağınıza dair xəbərdarlıq edir.

Nissan Kicks intelligent forward collision warning

1/2 AĞILLI QƏZA ƏYLƏC SİSTEMİ

Ağıllı qəza əyləc sistemi qabaqda gedən (və ya qabaqdan gələn) avtomobillə mümkün toqquşmanın qarşısını almağa kömək edə bilər. Bu sistem sürətinizə və sizinlə qabaqdakı avtomobil arasındakı məsafəyə nəzarət edir, habelə, sürəti azaltmaq lazım olduqda, bu barədə sizə xəbərdarlıq edə bilər. Eyni zamanda, toqquşmanın qarşısını almaq və ya zərbənin ciddilik dərəcəsini azaltmaq üçün, bu sistem əyləcləri avtomatik şəkildə aktivləşdirə bilər.

Nissan Kicks emergency braking

1/2 AĞILLI ƏTRAFA DAİRƏVI BAXIŞ SİSTEMİ

Ağıllı ətrafa dairəvi baxış sistemi dörd kamera ilə təchiz olunub və həmin kameralar sizə quş uçuşu hündürlüyündən avtomobilinizin 360° görüntüsünü verir. Beləliklə, siz şəhərin dar küçələrindən rahatlıqla keçə və ya dar yerlərdə avtomobili park edə bilərsiniz.

Nissan INTELLIGENT AROUND VIEW MONITOR

1/2 KOR ZONALARA NƏZARƏT SİSTEMİ

Kor zonalara nəzarət sistemi kor zonalara nəzarət edir və, həmin zonalarda avtomobil gördükdə, bu barədə sizə xəbərdarlıq edir.

Nissan Kicks blind spot warning

1/2 HƏRƏKƏT ZOLAĞINDAN KƏNARA ÇIXMA BARƏDƏ XƏBƏRDARLIQ

Zolaqdan kənara çıxma barədə xəbərdarlıq zolağın yalnız zəruri hallarda dəyişdirilməsini təmin edir. Sistem zolaqdan "sürüşdüyünüzü" müəyyən etdikdə, bu barədə sizə xəbərdarlıq edir.

Nissan Kicks lane departure warning
Nissan Kicks Safety features

TƏHLÜKƏSİZLİK

Qayğısız idarəetməni aktivləşdirin və qabaqcıl müdafiə texnologiyalarını kəşf edin.

TƏHLÜKƏSİZLİK FUNKSİYALARI

1/2 İDARƏETMƏYƏ AĞILLI NƏZARƏT

Kələ-kötürə fikir verməyin! Kələ-kötürlü yerlərdə sistem rahat dayanma prinsipini tətbiq edir və bütün ailənin rahatlığının təmin edir.

Nissan Kicks

1/2 AĞILLI MÜHƏRRİK ƏYLƏCİ

Döngələrdə və ya avtomobili dayandırarkən, daha rahat dayanın. Daha rahat dayanmanı təmin etmək məqsədilə mühərrik əyləcinin işə salınması üçün Ağıllı mühərrik əyləcində Xtronic CVT® tətbiq olunur. Beləliklə, çantanız durduğu yerdən heç bir yerə uçası deyil.

Nissan Kicks intelligent engine brake

1/2 HƏRƏKƏT TRAYEKTORİYASINA AĞILLI NƏZARƏT

Bu idarəetmə ilə döngələrdən qorxmayacaqsınız. Hərəkət trayektoriyasına ağıllı nəzarət vəziyyəti dəyərləndirə və, lazım olduqda, hər təkərdəki əyləci ayrıca aktivləşdirə bilir və sizə döngələri rahat şəkildə keçməyə kömək edir.

Nissan Kicks intelligent trace control

1/2 4 TƏKƏRDƏ DİSKLİ ƏYLƏC

Kicks-in 4 təkərdə diskli əyləcləri əlverişsiz hava şəraitində təsiredici dayandırma gücünə malikdir.

Nissan Kicks 4-wheel

1/2 NISSAN TƏKMİLLƏŞDİRİLMİŞ TƏHLÜKƏSİZLİK YASTIQLARI SİSTEMİ

Təkmilləşdirilmiş Təhlükəsizlik Yastıqları Sisteminə təhlükəsizlik kəmərini dartma qurğusuna və sürücü-sərnişin tanıma vericisinə malik iki pilləli əlavə qabaq təhlükəsizlik yastıqları daxildir.

Nissan Kicks advanced airbag

*Funksiya və istismar xüsusiyyətləri, bazardan və kateqoriyadan asılı olaraq, fərqli ola bilər. Yerli dilerinizlə məsləhətləşin.