Nissan Sunny
TAM YENİ NISSAN SUNNY
Təkmilləşdirilmiş bir sedanda hər anı gücləndirin, bununla siz gələcəyə doğru irəlilədiyinizi hiss edəcəksiniz.
SUNNY CƏSUR VƏ MÜASİR EKSTERYER DİZAYNA MALİKDİR
SUNNY-nin aqressiv eksteryerinə nəzər yetirin. Kəskin kənarlar ön fənərlərin ətrafından başlayır və parlaq arxa fənərlərə doğru uzanan hamar xətlərə çevrilir.
SUNNY ZƏRİF İNTERYER DİZAYNA MALİKDİR
Valehedici görünüş, ağıllı dizayn, premium keyfiyyət təmin edən materiallar sizə unudulmaz təcrübə yaşadacaq.
MOBİL TƏTBİQLƏR İLƏ NISSANCONNECT
SUNNY Android Auto ilə haraya və nə vaxt getdiyiniz haqda məlumatlı olun. Google Maps™ növbəti təyinat nöqtəsinə getməyinizə kömək edərkən Google Assistant proqramınıza uyğun irəliləməyinizi təmin edir. Yüzlərlə səsli əmrdən istifadə edərək sükandan əlinizi çəkmədən istədiyiniz mahnını seçin, gedəcəyiniz yeri dəyişdirin və ya mesajlarınızı cavablandırın.
Geniş interyer
Beş nəfərlik geniş salonda istədiyiniz kimi hərəkət edin və əşyaların saxlanılması üçün nəzərdə tutulmuş boş yerlərdən istifadə edin.
Təkmilləşdirilmiş sürücüyə dəsktək ekranı
Təkmilləşdirilmiş sürücüyə dəstək ekranı yanacağa qənaətdən rpm-in izlənilməsinə qədər bütün məlumatlarınızı fərdiləşdirilə bilən göstəricilərlə təqdim edir.
Avtomobilin içərisindən keçirilən baqaj və 60/40 Split oturacaqlar
60/40 split qatlanabilən arxa oturacaqlar avtomobilin içərisində sərnişin olmasına baxmayaraq, bir çox avadanlıq yerləşdirməyə imkan verir.
ARXA DİRSƏKLİK
Arxada oturan sərnişinlər üçün qatlanan dirsəkliyə iki fincan yeri daxildir, beləliklə, isti və ya soyuq içki ehtiyacı bütün hallarda təmin edilir.