Nissan Formula E

Komanda maraqlı cütləri bir araya gətirir, Ghiotto isə simulyator pilotu kimi təsdiq edilmişdir

Komanda maraqlı cütləri bir araya gətirir, Ghiotto isə simulyator pilotu kimi təsdiq edilmişdir

Komanda maraqlı cütləri bir araya gətirir, Ghiotto isə simulyator pilotu kimi təsdiq edilmişdir

YOKOHAMA, Yaponiya (17 aprel, 2023-cü il)Nissan Formula E Komandası bu ay Berlində keçiriləcək ABB FİA Formula E Yeni Başlayanlar üçün Test Yarışlarına hazırkı Formula 3 çempionu Victor Martins və Formula 2 yarışlarının çoxsaylı qalibi Luca Ghiotto ilə daxil olacaq.

28 yaşlı yarışçı Ghiotto Tempelhof Hava Limanı Halqasına çıxacaq, keçmiş GP3 seriyası mükafatçısı isə simulyator pilotu kimi təsdiq edilmişdir. İtaliyalı yarışçı cari Formula E mövsümünün əvvəlindən komanda simulyatorunda işləyir və F2-də altı qələbə də daxil olmaqla, yaddaqalan yarış təcrübəsinə malikdir.

Fransız Martins BWT Alpine F1 komandasının gənc pilot proqramı olan Alpine Academy üzvüdür və F2 debüt mövsümünün ilk üç mərhələsində artıq iki podium və poul pozisiyası qazanmışdır. 21 yaşlı gənc 2022-ci il tacını götürdüyü F3-ə keçməzdən əvvəl 2020-ci ildə Formula Renault Eurocup titulunu qazanaraq karyerası ərzində çoxlarını heyran etmişdi.

Formula E Yeni başlayanlar üçün Test Yarışları aprelin 24-də Berlində keçiriləcək.

Nissan Formula E komandasının idarəedici direktoru və komanda rəhbəri Tommaso Volpe: "Luca-nı komandada görməkdən çox məmnunuq, o, mövsümün əvvəlindən simulyatorda işləyirdi, ona görə də ona avtomobildə işləmək şansı vermək məntiqli idi. Bu, komanda üçün qiymətli olacaq, çünki test Luca-ya simulyatorda fayda verəcək və performansımızı yaxşılaşdırmağa kömək edəcək kifayət qədər təcrübə qazandıracaqdır. Victor gənc və perspektivli sürücüdür və biz Alpine Academy və Renault-Nissan-Mitsubishi İttifaqı ilə əlaqələrimizdən istifadə etməkdən məmnunuq. Çempionatın onun kimi yüksələn ulduzları cəlb etməsi əladır - o, bu il F2-də debüt edir və güclü nəticələr nümayiş etdirir, ona görə də ona Nissan e-4ORCE 04-də şans təklif etmək bizim üçün təbii seçim idi."

Luca Ghiotto: "Belə bir möhtəşəm çempionatda Nissan Formula E komandasının bir hissəsi olmaqdan çox məmnunam. Nissan nəhəng bir markadır və bu, onu daha da xüsusi edir. Formula E maşınını real həyatda ilk dəfə hiss etməyi səbirsizliklə gözləyirəm. Simulyator pilotu kimi işim komandaya müxtəlif parametrləri və proqramları sınaqdan keçirməyə kömək etməkdir, çünki Formula E-də trekdə vaxt kifayət qədər məhduddur, yəni simulyatordan əldə etdiyimiz məlumatlar yarış həftəsonları zamanı həqiqətən vacib ola bilər. Yeni Başlayanlar üçün Test Yarışları zavoddakı işimə mütləq şəkildə kömək edəcək, çünki real avtomobilin necə hiss edildiyinə dair məlumat və anlayışa sahib olacağam. Beləliklə, bu mənim üçün həyəcan verici bir fürsət olmaqla yanaşı, növbəti dəfə virtual aləmdə olmağımda da kömək edəcək. Berlin treki həqiqətən əyləncəli görünür, simulyatorda pilot olmuşdum və orada olmağı, bunu real yaşamağı səbirsizliklə gözləyirəm."

Victor Martins: “Nissan Formula E ilə Yeni Başlayanlar üçün Test Yarışlarına seçilmək böyük şərəfdir. Komandanın üzvü olduğum Alpine Academy ilə yaxın əlaqələri var və bu, mənim üçün Formula E avtomobilini ilk dəfə təcrübədən keçirmək üçün əla şansdır. Mən artıq simulyatorda olmuşam, o həqiqətən də maraqlı idi, öyrənmək üçün çox şey var, fərqli sürücülük üslubundan istifadə etməliyəm. Bu, müxtəlif avtomobillərdə sürücülük bacarıqlarınızı artırmağa davam etmək üçün əla fürsətdir və mən bunu sınamaqdan məmnunam. Testdən maksimum yararlanmağa, komandadan trekdə keçirdiyim vaxt müddətində mümkün qədər çox şey öyrənməyə çalışacağam."